31 mart 2026. Çərşənbə axşamı

"Çelsi" "Mançester Siti"nin keçmiş müdafiəçisini almaq istəyir


  • Transfer
  • 14:02 06.06.2025
  • Oxunma sayı: 204
"Çelsi" "Mançester Siti"nin keçmiş müdafiəçisini almaq istəyir

Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr"də çıxış edən müdafiəçi Aymerik Laport İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az-ın “Blue Footy"a istinadən yaydığı məlumata görə, "Çelsi" ispaniyalı futbolçunun xidmətində maraqlıdır.

"Təqaüdçülər" rəhbərliyi yay transfer pəncərəsində Laportu almağa çalışacaq. London klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Xatırladaq ki, müdafiəçi Yaxın Şərqə köçməzdən əvvəl İngiltərədə “Mançester Siti”də çıxış edib. Aymeriçin "Əl-Nəsr"lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir. İspan futbolçunun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir. Ötən mövsüm "Çelsi" Premyer Liqanı 4-cü yerdə başa vurub.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro