27 dekabr 2025. Şənbə

Premyer Liqa klubu 19 yaşlı futbolçu transfer edir


  • Transfer
  • 14:31 06.06.2025
  • Oxunma sayı: 117
Premyer Liqa klubu 19 yaşlı futbolçu transfer edir

"Betis"in yarımmüdafiəçisi Xesus Rodriqes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Todofichajes"ə istinadən yaydığı məlumata görə, 19 yaşlı yarımmüdafiəçinin transferində "Aston Villa" maraqlıdır. Birmingem təmsilçisi artıq gənc gutbolçunun agenti ilə əlaqə saxlayıb.

Futbolçunun mümkün keçidinin dəyəri 10 milyon avro məbləğində qiymətləndirilir.

Rodriqeslə Seviya klubunun mövcud müqaviləsi 2029-cu ilin iyun ayının sonunda başa çatır. İspaniya çempionatının geridə qalan mövsümündə Xesus "Betis"in heyətində 21 oyunda meydana çıxıb və 2 qola imza atıb.

Qeyd edək ki, “Betis” La Liqa turnir cədvəlində mövsümü altıncı pillədə başa vurub.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a