14 dekabr 2025. Bazar günü

"Vest Hem" Soler və Ferqyusonla yollarını ayırdı


  • Transfer
  • 20:38 06.06.2025
  • Oxunma sayı: 96
"Vest Hem" Soler və Ferqyusonla yollarını ayırdı

"Vest Hem" yarımmüdafiəçi Karlos Soler və hücumçu Evan Ferqyusonla yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı vasitəsilə məlumat verilib.

Yarımmüdafiəçi Karlos Soler və hücumçu Evan Ferqyuson "çəkiclər"in heyətində icarə əsasında çıxış edirdilər və mövsümün sonunda klubu tərk edirlər.

İspaniyalı yarımmüdafiəçi Fransaya qayıdacaq və yenidən PSJ-nin sıralarına qoşulacaq. Ferqyuson isə İngiltərədə qalacaq. O, fevral ayında "Vest Hem"ə "Brayton"dan icarəyə gəlmişdi.

İrlandiyalı hücumçu başa çatan mövsümdə "Vest Hem"in 8 matçında iştirak edib və qol vura bilməyib. Karlos Soler 33 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

 







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı