- Transfer
- 01:45 14.06.2025
“İnter” rəhbərliyi baş məşqçi postuna Joze Mourinyonun gətirilməsi imkanını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Repubblica” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, bu cəhd Simone İnzaqi Səudiyyə Ərəbistanında karyerasını davam etdirmək qərarı verdikdən sonra baş tutub. Klubun rəhbərliyi Mourinyo ilə anlaşmağa çalışsa da, danışıqlar uğursuz alınıb. Qeyd olunur ki, portuqaliyalı mütəxəssislə danışıqlar Cesk Fabreqas və Kristian Çivu namizədləri müzakirə olunmazdan əvvəl aparılıb.
Hazırda Mourinyo “Fənərbağça” ilə müqavilə imzalayıb və orada mövsümə görə 6 milyon avro qazanır.
Son məlumata əsasən, A Seriyasını ikinci pillədə başa vuran və Çempionlar Liqasının finalında uduzan Milan təmsilçisi yeni baş məşqçi kimi Kristian Çivunu təyin edəcək.