31 mart 2026. Çərşənbə axşamı

“Vest Hem” Todibonu birdəfəlik aldı

fransalı


  • Transfer
  • 21:16 06.06.2025
  • Oxunma sayı: 124
“Vest Hem” Todibonu birdəfəlik aldı

“Vest Hem” müdafiəçi Jan-Kler Todibonun transfer hüquqlarını “Nitsa”dan alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 “Molotoboyçular” daha öncə 2024/25 mövsümündə “Nitsa”dan icarəyə götürdüyü 25 yaşlı oyunçu ilə beşillik müqavilə imzalayıb.

London təmsilçisi bu keçid üçün 42 milyon avro ödəyib. Todibo 2024-cü ilin avqustunda “Vest Hem”ə qoşulmuşdu və ötən mövsüm bütün turnirlərdə ümumilikdə 29 matçda forma geyinmişdi. O, bu qarşılaşmalarda nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, müdafiəçinin hazırkı bazar dəyəri 25 milyon avro olaraq göstərilir. Qeyd edək ki, “Vest Hem” ötən mövsüm Premyer Liqanı 14-cü pillədə başa vurub.

 

 







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro