15 iyun 2025. Bazar günü

"Yuventus" "Nyukasl"ın futbolçusunu alıb


  • Transfer
  • 21:27 06.06.2025
  • Oxunma sayı: 48
"Yuventus" "Nyukasl"ın futbolçusunu alıb

İngiltərənin “Nyukasl” klubunun müdafiəçisi Llojd Kelli “Yuventus”a tam transfer olunub.

90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisi qış transfer dönəmində icarəyə götürdüyü futbolçu ilə artıq daimi müqavilə imzalayıb.

2025-ci ilin fevral ayından “Yuventus”un heyətində çıxış edən 25 yaşlı müdafiəçi A Seriyasında 13, İtaliya Kubokunda isə 1 oyunda forma geyinib. O, ümumilikdə 2024/25 mövsümündə “Nyukasl” və “Yuventus”un heyətində 29 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bu, “Yuventus”un mövsüm ərzində icarədən sonra heyətinə qatdığı ikinci müdafiəçidir. Daha əvvəl klub “Milan”dan icarəyə götürdüyü Pyer Kalülü ilə daimi müqavilə bağlamışdı.







Transfer