- Transfer
- 23:11 19.06.2025
İngiltərə çempionu “Liverpul” “Nyukasl”ın hücumçusu Aleksandr İsaqla maraqlanır.
90deqiqe.Az-ın “Transfer News Live"yə istinadən yaydığı məlumata görə, Mersisayd təmsilçisi 25 yaşlı forvardı heyətinə cəlb etmək niyyətindədir.
Məlumata əsasən, “Liverpul” İsaq ilə “Nyukasl” arasında davam edən yeni müqavilə danışıqlarını yaxından izləyir. Əgər isveçli futbolçu klub rəhbərliyi ilə aparılan müzakirələrdən narazı qalarsa, “qırmızılar” onu transfer etmək üçün hərəkətə keçə bilər.
Aleksandr İsaqın “Nyukasl”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, geridə qalan mövsümdə Premyer Liqada 23 qol vurub və 6 assistlə yadda qalıb.