16 iyul 2025. Çərşənbə

“Real” Benyamin Şeşko təklifini rədd etdi


  • Transfer
  • 22:54 07.06.2025
  • Oxunma sayı: 66
“Real” Benyamin Şeşko təklifini rədd etdi

“Real” “Leypsiq”in hücumçusu Benyamin Şeşkonun transferi ilə bağlı təqdim olunan təklifi qəbul etməyib.

90deqiqe.Az-ın “Defensa Central"a istinadən yaydığı məlumata görə, bu təşəbbüs “Red Bull” futbol əməliyyatlarının rəhbəri Yurgen Klopp tərəfindən irəli sürülüb.

Mənbənin yazdığına əsasən, Klopp 22 yaşlı sloveniya millisinin üzvünü şəxsən “Real”ın prezidenti Florentino Peresə təklif edib. Lakin Madrid klubu Şeşkonun hazırkı komanda tələblərinə cavab vermədiyini hesab edərək, transferi müzakirəyə çıxarmaqdan imtina edib. Eyni zamanda futbolçunun qiymətinin 60–65 milyon avro civarında olması da “Real”ın maraqlarına uyğun gəlməyib.

“Real” hazırda sabiq hücumçu Xoselunun profilinə uyğun – cərimə meydanında təsirli, klassik “doqquz nömrə” tipində forvard axtarışını davam etdirir.

Qeyd edək ki, Benyamin Şeşko “RB Leypsiq”lə geridə qalan mövsümdə 45 oyunda iştirak edib, 21 qol və 6 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







Transfer