- Transfer
- 23:11 19.06.2025
PSJ-nin qapıçısı Canluici Donnarummanın klubdakı gələcəyi sual altındadır.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, italiyalı qolkiperin yeni müqavilə ilə bağlı danışıqları hələlik uğurla nəticələnməyib.
Hazırda 2026-cı ilin yayına qədər PSJ ilə müqaviləsi olan 26 yaşlı futbolçunun maaş tələbi – illik 10 milyon avrodan artıq – klub rəhbərliyində tərəddüdlərə səbəb olub.
Mənbə bildirir ki, Donnarummaya ən ciddi maraq göstərən klub Almaniyanın “Bavariya”sıdır. Münhen təmsilçisi 39 yaşlı Manuel Noyerə alternativ axtarır və Donnarummanı mümkün əvəzləyici kimi görür.
İtaliya millisinin üzvü ilə “Real Madrid” də maraqlanır. Madridlilər 33 yaşlı Tibo Kurtuanın uzunmüddətli əvəzini tapmaq ehtimalını nəzərdən keçirirlər. Bundan əlavə, İngiltərə Premyer Liqası klublarından da qapıçıya maraq olduğu bildirilsə də, konkret adlar açıqlanmayıb.