- Transfer
- 23:59 17.06.2025
“Empoli”nin müdafiəçisi Luka Marianuççi tezliklə İtaliya çempionu “Napoli”nin futbolçusu olacaq.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu artıq çərşənbə axşamı tibbi müayinədən keçəcək və ardınca Neapol təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.
2024/2025 mövsümündə Marianuççi A Seriyada 24 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin səylərinə baxmayaraq, “Empoli” 31 xalla turnir cədvəlində 18-ci yeri tutaraq yüksək liqanı tərk edib.
Digər tərəfdən, “Napoli” mövsümü 82 xalla başa vuraraq İtaliya çempionu olub. Bu, klub tarixində 4-cü Skudetto tituludur.