28 mart 2026. Şənbə

“Çelsi” Bayno-Qittenslə razılığa gəldi


  • Transfer
  • 23:48 07.06.2025
  • Oxunma sayı: 113
“Çelsi” Bayno-Qittenslə razılığa gəldi

Dortmund “Borussiya”sının cinah hücumçusu Ceymi Bayno-Qittens “Çelsi” klubu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabris Havkins sosial şəbəkə platforması “X”də məlumat paylaşıb.

O 20 yaşlı futbolçunun “zadəganlar”la 7 illik müqavilə imzalayacağını bildirib. İndi isə “Çelsi” “Borussiya” ilə rəsmi danışıqlara başlamalıdır.

Ötən klub mövsümündə 48 matçda Baynoe-Gittens 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçuların transfer dəyərinin qiymətləndirilməsi ilə məşğul olan məşhur statistik internet portalı Transfermarkt-ın məlumatına görə, dortmundlu futbolçu 50 milyon avro dəyərində qiymətləndirilir.







Transfer