- Transfer
- 00:41 14.07.2025
Braziliyanın “Flamenqo” klubu Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Xorxe Carrascalın transferi üçün təklifini yeniləyib.
90deqiqe.Az xəbər verir ki, Braziliya təmsilçisi kolumbiyalı futbolçu üçün 11 milyon avro və əlavə 2 milyon avro bonus olmaqla ümumilikdə 13 milyon avroluq təklif irəli sürüb.
Qeyd edək ki, daha əvvəl “Flamenqo”nun bonuslarla birlikdə 12 milyon avroluq təklif göndərdiyi bildirilmişdi. Lakin “Dinamo” 27 yaşlı oyunçunu 15 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.
Ötən mövsüm Karraskal bütün turnirlərdə 35 matçda iştirak edib və bu matçlarda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 7 milyon avrodur.