- Transfer
- 19:12 13.12.2025
“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa karyerasını “Arsenal”da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi ispaniyalı qolkiperlə artıq demək olar ki, razılığa gəlib. Tərəflər uzunmüddətli müqavilə üzərində anlaşmağa yaxındır.
“Arsenal”ın Kepanın transferi üçün “Çelsi”yə təxminən 5 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.
Arrizabalaqa 2018-ci ildən "Çelsi"də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 163 matçda iştirak edib, bunun 59-da qapını təmiz saxlayıb. Futbolçunun "mavilər"lə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.İspaniyalı ötən mövsüm "Bornmut"da icarə əsasında çıxış edib. Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.