20 iyun 2025. Cümə

Elanqa Premyer Liqada klubunu dəyişə bilər


  • Transfer
  • 03:24 08.06.2025
  • Oxunma sayı: 46
Elanqa Premyer Liqada klubunu dəyişə bilər

“Nottingem Forest” klubunun yarımmüdafiəçisi Entoni Elanqa karyerasını Premyer Liqanın digər təmsilçisində davam etdirə bilər.

90deqiqe.Az-ın “Daily Mail"ə istinadən yaydığı məlumata görə, 23 yaşlı futbolçu ilə “Nyukasl” maraqlanır. "Sağsağanlar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Forest” rəhbərliyi isveçlini satmağa hazırdır, lakin bunun üçün minimum 50 milyon avroluq təklif gözləyir.

Futbolçu 2023-cü ilin yayında “Mançester Yunayted”dən “Nottingem Forest”ə transfer olunmuşdu.

Ötən mövsüm Entoni Elanqa 43 oyunda meydana çıxaraq 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer