15 iyun 2025. Bazar günü

“Əl-Hilal” Osimhenin qərarından narazıdır


  • Transfer
  • 23:59 08.06.2025
  • Oxunma sayı: 50
“Əl-Hilal” Osimhenin qərarından narazıdır

Səudiyyə Ərəbistanının aparıcı klublarından olan “Əl-Hilal” rəhbərliyi Viktor Osimhenin transferi ilə bağlı baş verən son dəyişikliyə görə ciddi narahatlıq keçirir.

90deqiqe.Az-ın məlumatına görə, İtaliyanın “Napoli” klubuna məxsus olan nigeriyalı hücumçu əvvəlcə “Əl-Hilal”ın irəli sürdüyü şərtləri qəbul etsə də, sonradan fikrini dəyişərək daha yüksək maliyyə tələbləri irəli sürüb.

Səudiyyə klubunda Osimhenin bu davranışı anlaşılmazlıqla qarşılanıb.

Qətər klubu artıq bu transferdən imtina etməyi planlaşdırır və diqqətini digər hücumçulara yönəldib. Mümkün alternativ kimi “Sportinq”in  hücumçusu Viktor Gyökeresin adı hallanır.

Qeyd edək ki, Viktor Osimhenin “Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. 26 yaşlı forvard geridə qalan mövsümdə icarə əsasında Türkiyənin “Qalatasaray” klubunun formasını geyinib.







Transfer