14 dekabr 2025. Bazar günü

“Əl-Hilal” ispaniyalı üçün 20 milyonluq rəsmi təklif göndərib


  • Transfer
  • 13:05 09.06.2025
  • Oxunma sayı: 171
“Əl-Hilal” ispaniyalı üçün 20 milyonluq rəsmi təklif göndərib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Roma”nın sol cinah müdafiəçisi Anxelinyo üçün 20 milyon avro məbləğində rəsmi transfer təklifi irəli sürüb.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı  futbolçunun transferi ilə bağlı danışıqlar hazırda davam edir.

 “Əl-Hilal” ilkin olaraq “Milan”ın sol müdafiəçisi Teo Hernandesin keçidini hədəfləmişdi. Lakin fransalı futbolçu bu təklifdən imtina edib və klub alternativ olaraq Anxelinyo üzərində fokuslanıb.

2023/24 mövsümündə ispaniyalı “Roma”nın heyətində bütün turnirlər üzrə 51 oyunda meydana çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun parlaq çıxışı sayəsində “Roma” A Seriyasını beşinci pillədə başa vuraraq UEFA Avropa Liqasına vəsiqə qazanıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı