- Transfer
- 23:59 17.06.2025
"Vulverhempton"un müdafiəçisi Rayan Ait-Nurinin “Mançester Siti” klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı cinah müdafiəçisi ilə 5 illik sözləşmə imzalanıb.
Əlcəzair millisinin üzvünün transferi "şəhərlilər"ə 40 milyon avroya başa gəlib.
Ötən mövsüm Ait-Nuri bütün turnirlərdə 41 matçda iştirak edib, o, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Ait-Nurinin "Vulverhempton"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi.