- Transfer
- 23:59 17.06.2025
"Ayntraxt"ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “Bild" nəşrinə istinadən yaydığı məlumata görə, fransa əsilli forvardla "Çelsi" klubu maraqlanır. Lakin London təmsilçisi danışıqlarda tərəddüd göstərir.
"Liverpul" bu vəziyyəti izləyərək Ekitike transferində önə keçməyi planlaşdırır. Mersisayd təmsilçisi 22 yaşlı futbolçunun xidmətində ciddi maraqlıdır və "Çelsi"nin tərəddüdü onların əlini gücləndirəcəyini nəzərdən keçirir.
Buna baxmayaraq, "Ayntraxt" klubu Uqo Ekitikenin qiymətində geri addım atmır – almanlar hücumçunu 100 milyon avroya dəyərləndirirlər.
Qeyd edək ki, Uqo Ekitike 2024/2025 mövsümündə 48 matçda 22 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.