- Transfer
- 14:02 27.12.2025
Belçikalı ulduz yarımmüdafiəçi Kevin De Bruyne tezliklə "Napoli"yə keçəcək.
90deqiqe.Az-ın “Il Mattino"ya istinadən yaydığı məlumata görə, tərəflər uğurlu danışıqlar aparıb və bir mövsüm uzadılması ehtimalı ilə iki illik əmək müqaviləsi imzalamağa yaxındırlar.
33 yaşlı yarımmüdafiəçinin Neapoldakı məvacibi ildə 5 milyon avro olacaq. Kevin yaxın günlərdə tibbi müayinədən keçəcək.
Xatırladaq ki, De Bruyne 2015-2025-ci illərdə İngiltərənin "Mançester Siti" klubunda çıxış edib. "Napoli" A Seriyasının çempionu olub və UEFA Çempionlar Liqasına vəsiqə alıb.