- Transfer
- 23:11 19.06.2025
"Arsenal"ın futbolçusu Oleksandr Zinçenko İtaliya çempionatında çıxış edə bilər.
90deqiqe.Az-ın "Sport Italia"ya istinadən yaydığı məlumata görə, agenti 28 yaşlı futbolçunu "Milan"a təklif edib.
“Rossonerilər” Teo Hernandesin ehtimal olunan yay gedişini nəzərə alaraq müdafiənin sol cinahına oyunçu axtarır.
Ukraynalının London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Nüfuzlu “Transfermarkt” portalının ekspertləri Oleksandranı 20 milyon avro qiymətləndirirlər. 2024/2025 mövsümündə Oleksandr Zinçenko 23 oyun keçirib, 1 qol vurub və tərəfdaşına bir məhsuldar ötürmə edib.