18 iyun 2025. Çərşənbə

Bu üç top-klub onu izləyir


  • Transfer
  • 23:17 09.06.2025
  • Oxunma sayı: 35
Bu üç top-klub onu izləyir

"Lill"in gənc qapıçısı Lukas Şevalye bu yay mövsümündə klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Le Parisien"ə istinadən yaydığı məlumata görə, 23 yaşlı  qolkiperlə maraqlananlar sırasında Çempionlar Liqasının son qalibi PSJ, həmçinin İngiltərə Premyer Liqasının nəhəngləri – "Mançester Siti" və "Mançester Yunayted" yer alır.

Hər üç klub artıq fransız oyunçunun agenti ilə əlaqə saxlayıb.

"Lill" isə Şevalye ilə müqaviləni uzatmaq niyyətindədir. Lakin klub futbolçunu yalnız ciddi təklif qarşılığında buraxmağa hazırdır. Mənbənin bildirdiyinə görə, potensial transfer məbləği 70 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, Lukas Şevalye 2024/2025 mövsümündəki performansı ilə diqqət çəkib və mövsümün sonunda Fransa çempionatının 6 ən yaxşı qapıçısı siyahısına daxil edilib.







Transfer