14 dekabr 2025. Bazar günü

"Real Madrid"dən "Yuventus"a


  • Transfer
  • 23:09 10.06.2025
  • Oxunma sayı: 136
"Real Madrid"dən "Yuventus"a

Madrid “Real”ının cinah müdafiəçisi Fran Qarsiya karyerasını İspaniya La Liqasından İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən yaydığı məlumata görə, 25 yaşlı futbolçunun xidmətində  “Yuventus” maraqlıdır. “Ağ-qara”lar ispaniyalı müdafiəçini ya icarəyə götürmək, ya da birdəfəlik transfer etmək niyyətindədir.

Turin təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Klub rəhbərliyi oyunçunun transferi üçün 20-25 milyon avro aralığında təklif irəli sürməyə hazırdır.

Geridə qalan 2023/24 mövsümündə Fran Qarsiya La Liqada “Real”ın heyətində 31 matçda iştirak edib2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qarsiyanın Madrid klubu ilə olan müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Hazırda onun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı