28 mart 2026. Şənbə

Leroy Sane "Bavariya"nı "Qalatasaray"a dəyişə bilər


  • Transfer
  • 19:31 11.06.2025
  • Oxunma sayı: 115
Leroy Sane "Bavariya"nı "Qalatasaray"a dəyişə bilər

"Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi hazırda almaniyalı futbolçu ilə aktiv danışıqlar aparır.

“Qalatasaray” Saneyə illik 10-12 milyon avro maaş təklif edib.

Onun ABŞ-a klublararası dünya çempionatına getməyəcəyi gözlənilir.

Almaniya Bundesliqasının 2024/2025 mövsümündə 29 yaşlı Leroy Sane 30 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında da 13 oyunu və bir qolu var.







Transfer