28 mart 2026. Şənbə

“Dinamo”nu İtaliya klubuna dəyişəcək


  • Transfer
  • 20:39 11.06.2025
  • Oxunma sayı: 207
 “Dinamo”nu İtaliya klubuna dəyişəcək

Zaqrebin “Dinamo” klubunun yarımmüdafiəçisi Martin Baturina karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, A Seriyasının debütantı “Komo”  Xorvatiya millisinin üzvünün xidmətində maraqlıdır.

İtaliya klubu 22 yaşlı futbolçunun transferi üçün 18 milyon avro ödəməyə hazırdır. Müqaviləyə 7 milyon avroya qədər bonusların daxil edilməsi də planlaşdırılır.

Razılaşma baş tutarsa, Baturina ilə 5 illik müqavilə imzalanacaq.

Gənc yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib. O, 10 assistlə Xorvatiya çempionatının ən yaxşı ötürmə verən futbolçusu olub.







Transfer