14 dekabr 2025. Bazar günü

Agentləri bu ulduzu “Real”a təklif etdi


  • Transfer
  • 21:02 11.06.2025
  • Oxunma sayı: 148
Agentləri bu ulduzu “Real”a təklif etdi

İtaliyalı qapıçı Canluici Donnarummanın agentləri onun 2026-cı ilin yayında “Real Madrid”ə keçidi ilə bağlı ilk addımları atıblar.

90deqiqe.Az-ın "TodoFichajes"ə istinadən yaydığı məlumata görə, fransalı qolkiper “kral klubu” üçün Tibo Kurtoaya uzunmüddətli əvəzləyici kimi nəzərdən keçirilir. 25 yaşlı qolkiperin PSJ ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır və bu halda “Real” onu azad agent kimi heyətinə qata bilər.

Bununla belə, hazırda “Real”ın əsas prioriteti Kurtoa ilə mövcud müqavilənin müddətini uzatmaqdır. Belçikalı qapıçı ilə hazırkı razılaşma 2025/26 mövsümünün sonunadək qüvvədədir.

Qeyd edək ki, daha əvvəl Donnarummanın PSJ-də qalmaq istədiyi bildirilmişdi, lakin Paris təmsilçisi hələlik futbolçu ilə yeni müqavilə şərtlərində razılığa gələ bilmir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı