- Transfer
- 00:12 30.06.2026
Real'ın qapıçısı Keylor Navas klubunu dəyişə bilər.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, PSJ 33 yaşlı qolkiperi heyətinə qatmaq niyyətindədi. Paris təmsilçisinin qarşı tərəfə 15 milyon avroluq ilk təklifi rədd edilib. "Real" kosta-rikalı qapıçı üçün 20 milyon avro istəyib. Tərəflərin yaxın günlərdə bu məbləğdə razılaşması gözlənilir.
Qeyd edək ki, Keylor Navas 2014-cü ildən "Real"da çıxış edir.