14 dekabr 2025. Bazar günü

“Napoli”dən “Yuventus”un futbolçusuna 25 milyonluq təklif


  • Transfer
  • 12:33 13.06.2025
  • Oxunma sayı: 100
“Napoli”dən “Yuventus”un futbolçusuna 25 milyonluq təklif

“Napoli” “Yuventus”un mərkəz müdafiəçisi Federiko Qattini heyətinə qatmaq istəyindən geri çəkilməyib.

90deqiqe.Az-ın məlumatına görə, A Seriyasının son çempionu 26 yaşlı mərkəz müdafiəçisinin transferi üçün “Yuventus”a 20–25 milyon avro aralığında təklif göndərməyə hazırlaşır.

 Neapol təmsilçisi Qattini Antonio Kontenin qurduğu yeni müdafiə xəttinə vacib oyunçu kimi görür. Bununla belə, “Yuventus” futbolçunu satmaq niyyətində deyil və klub hazırda onunla yeni, uzunmüddətli müqavilə üzrə danışıqlar aparır.

Geridə qalan mövsümdə Federiko Qatti Turin təmsilçisinin heyətində 42 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində