14 dekabr 2025. Bazar günü

De Yonq "Barselona" ilə müqaviləni uzadacaq


  • Transfer
  • 13:31 13.06.2025
  • Oxunma sayı: 92
De Yonq "Barselona" ilə müqaviləni uzadacaq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubla yaşadığı çətinliklərin artıq keçmişdə qaldığını hesab edir.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən yaydığı məlumata görə, 28 yaşlı futbolçu yaxın zamanda Kataloniya klubu ilə yeni müqavilə imzalayacağına əmindir.

Niderlandlı futbolçu “Barselona”nın gələcək layihəsində mühüm rol oynamağa davam etməyə hazırdır.

De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir.Bu mövsüm o, bütün turnirlərdə 46 matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin "blaugrana" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Transfermarkt mütəxəssisləri de Yonqun dəyərini 45 milyon avro qiymətləndirir.

 







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı