14 dekabr 2025. Bazar günü

Sloveniyalı üçün 15 milyon avroluq təklif


  • Transfer
  • 12:38 14.06.2025
  • Oxunma sayı: 76
Sloveniyalı üçün 15 milyon avroluq təklif

"Lids" müdafiəçi Jak Bijol üçün "Udineze"yə 15 milyon avro təklif edib.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya komandası sloveniyalı futbolçunun transferi üçün ingilis klubundan 20 milyon avro istəyib.Hazırda tərəflər arasında danışıqlar davam edir.

26 yaşlı futbolçunun keçmiş klubu Moskva ÇSKA-nın oyunçunun potensial satışından 10%-ni alacaq.

Müdafiəçi "Udineze"yə keçdiyi 2018-2022-ci illərdə "qırmızı-göylər"in futbolçusu olub. Ötən mövsüm Bijol bütün turnirlərdə 37 matçda iştirak edib, o, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində