28 mart 2026. Şənbə

"Napoli" heyətini müdafiəçi ilə gücləndirib


  • Transfer
  • 12:43 14.06.2025
  • Oxunma sayı: 104
"Napoli" heyətini müdafiəçi ilə gücləndirib

"Empoli"nin müdafiəçisi Luka Marianuççi komandasını dəyişərək "Napoli"yə keçib.

 90deqiqe.Az-ın məlumatına görə,u barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bağlanan əmək müqaviləsinin müddəti hələlik açıqlanmayıb.

Daha əvvəl mətbuat 20 yaşlı futbolçunun İtaliya çempionu ilə 5 illik uzunmüddətli əmək müqaviləsi bağlayacağını yazmışdı.

2024/2025 mövsümündə müdafiəçi İtaliya çempionatının 18 matçında qol vurmadan iştirak edib. Mövsümün sonunda Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" A Seriyasında çempion olub və UEFA Çempionlar Liqasında çıxış edəcək.







Transfer