14 dekabr 2025. Bazar günü

Sofyan Amrabat İtaliya A Seriyasına qayıda bilər


  • Transfer
  • 13:06 14.06.2025
  • Oxunma sayı: 75
Sofyan Amrabat İtaliya A Seriyasına qayıda bilər

"Fənərbağça"nın yarımmüdafiəçisi Sofyan Amrabat İtaliya A Seriyasına qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Atalanta” futbolçunu maraq siyahısına daxil edib və yay transfer pəncərəsində transfer üçün hərəkətə keçə bilər. Berqamo təmsilçisi 28 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

2024/25 mövsümündə mərakeşli futbolçu "Fənərbağça"da icarə əsasında çıxış edib və klub artıq onun transferini rəsmiləşdirib.

Sofyan Amrabat "Fiorentina" və "Verona"nın heyətində A Seriyasında 100-dən çox oyun keçirib. 28 yaşlı futbolçu "Fənərbaxça"nın heyətində 39 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalında yarımmüdafiəçinin təxmini dəyəri 20 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində