31 mart 2026. Çərşənbə axşamı

"Betis" onunla müqaviləni uzatdı


  • Transfer
  • 04:42 15.06.2025
  • Oxunma sayı: 116
"Betis" onunla müqaviləni uzatdı

"Betis" müdafiəçi Anxel Ortislə yeni uzunmüddətli müqavilə imzalayıb.

90deqiqe.Az-ın klubunun rəsmi saytına istinadən yaydığı məlumata görə, müqavilə 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulub.

Klub 20 yaşlı Ortisi komandadan ayrılaraq Qətərin "Əl-Duhail" klubuna keçən Yusuf Səbalinin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.

Ortis ilk dəfə ötən mövsüm "Betis"in əsas heyətində meydana çıxıb və La Liqada 5 oyun keçirərək, özünü perspektivli müdafiə oyunçusu kimi sübut edib. Betis 2024/25 mövsümünü 60 xal toplayaraq İspaniya çempionatında altıncı yerdə başa vurub. Bundan əlavə, komanda UEFA Konfrans Liqasının finalına çıxıb və burada “Çelsi”yə 1:4 hesabı ilə uduzub.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro