31 mart 2026. Çərşənbə axşamı

"Mançester Yunayted" Castin Klyuvertlə maraqlanır


  • Transfer
  • 04:55 15.06.2025
  • Oxunma sayı: 116
"Mançester Yunayted" Castin Klyuvertlə maraqlanır

"Bornmut"un hücumameyilli yarımmüdafiəçisi Castin Klyuvert karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az-ın "CaughtOffside"ya istinadən yaydığı məlumata görə, “qırmızı şeytanlar” 26 yaşlı forvardı hücuma dəstək olaraq nəzərdən keçirir. İngiltərə klubu artıq niderlandlının agenti ilə əlaqə saxlayıb.

Bundan əlavə, Klyuvertin xidmətində daha bir neçə Premyer Liqa klubu, eləcə də "Bayer Leverkuzen" də maraqlıdır.

"Albalılar"ın niderlandlı futbolçunun satışından təxminən 64 milyon avro qazanmaq istədiyi iddia edilir. 2024/25 mövsümündə Kluivert bütün yarışlarda 39 matçda iştirak edib, 13 dəfə fərqlənib və 8 məhsuldar ötürmə müəllifi olub.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro