31 mart 2026. Çərşənbə axşamı

“Arsenal” "Borussiya"nın vingerinə elçi düşdü


  • Transfer
  • 05:24 15.06.2025
  • Oxunma sayı: 112
 “Arsenal” "Borussiya"nın vingerinə elçi düşdü

Dortmund “Borussiya”sının hücumameyilli yarımmüdafiəçi Ceymi Bayno-Qittens “Arsenal”a keçə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən yaydığı məlumata görə, London klubu 20 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

İngiltərə klub artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Topçular” hücumun sol cinahını gücləndirmək üçün ingilis futbolçuya 50 milyon avro ayırmağa hazırdır. Eyni zamanda, futbolçu ilə “Çelsi” də maraqlanır.

Bayno-Qittens başa çatan mövsümdə Dortmund komandasında 48 oyunda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro