14 dekabr 2025. Bazar günü

"Roma" "Bolonya"dan oyunçu transfer etməyə hazırlaşır


  • Transfer
  • 23:56 16.06.2025
  • Oxunma sayı: 85
"Roma" "Bolonya"dan oyunçu transfer etməyə hazırlaşır

“Bolonya”nın mərkəz müdafiəçisi Con Lukumi “Roma”nın maraq dairəsindədir.

90deqiqe.Az-ın məlumatına görə, “Roma” 26 yaşlı oyunçunu transfer etmək üçün bütün səylərini göstərir.

"Canavarlar" yayda kolumbiyalının müqaviləsinin bitməsindən istifadə etmək istəyir. İtaliya təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Bununla belə, “Bolonya” futbolçunu endirimə verməyə hazır deyil. Əgər klubla razılığa gəlinməsə, “Roma” yanvarda yenidən Lukumiyə müraciət edib, pulsuz keçidi yayda rəsmiləşdirməyi planlaşdırır.

Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 44 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində