31 mart 2026. Çərşənbə axşamı

“İnter” “Ştutqart”ın hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:58 17.06.2025
  • Oxunma sayı: 126
“İnter” “Ştutqart”ın hücumçusunu transfer etmək istəyir

İtaliyanın “İnter” klubu Almaniya Bundesliqasında uğurlu mövsüm keçirən “Ştutqart”ın hücumçusu Nik Voltemade ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Mənbəyə görə, 23 yaşlı hücumçu “neradzurra”nın transfer siyahısına daxil edilib və klub onunla bağlı izləmə prosesinə başlayıb.

Voltemade ötən mövsüm “Ştutqart”ın heyətində 33 oyuna çıxaraq 17 qola və 3 məhsuldar ötürməyə imza atıb. Parlaq çıxışı sayəsində futbolçu Almaniya millisindən dəvət alıb və bu ilin iyun ayında Millətlər Liqasının Portuqaliya ilə yarımfinal görüşündə debüt edib.

“Transfermarkt” portalı gənc hücumçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro