- Transfer
- 23:42 30.03.2026
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş direktoru Esteve Kalzada yay transfer pəncərəsi ilə bağlı mümkün planlara və mediada yayılan iddialara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Marca" nəşri funksionerin dediklərini belə çatdırıb.
“Səudiyyə Ərəbistanına futbolçu gəlsə, buna təəccüblənmərəm. Ölkənin futbola yanaşması uzunmüddətli plandır və klubların böyük ambisiyaları var. Bu səbəbdən transfer bazarında aktiv iştirak edirik. Lakin bu da öz növbəsində haqqımızda tez-tez şayiələrin yayılmasına səbəb olur”.
Kalzada, xüsusilə “Real Madrid”in ulduzu Vinisius Juniorla bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Vinisiusla bağlı heç bir birbaşa danışıqlarımız olmayıb. Bu, yalnız mediada dolaşan iddialardır. Liqamıza maraq artır və bu da müxtəlif layihələrin ortaya çıxmasına şərait yaradır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqası son illərdə dünya futbolunun diqqət mərkəzinə düşüb. Bir çox tanınmış ulduzun bu liqaya transferi regionun futbola yatırımlarını və iddialarını daha da ön plana çıxarıb.