- Transfer
- 00:41 14.07.2025
"Mançester Yunayted" "Aston Villa"nın qapıçısı Emiliano Martinezin transferi ilə maraqlanır.
90deqiqe.Az xəbər verir ki, İngiltərə nəhəngi argentinalı qolkiper üçün 47 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, danışıqlar ilkin mərhələdədir. 32 yaşlı oyunçunun özü də “qırmızı şeytanlar”a keçməyə açıq olduğunu bildirib. “Aston Villa” rəhbərliyi isə oyunçunun bu istəyinin reallaşa biləcəyini istisna etmir.
Bununla belə, qeyd olunur ki, "Mançester Yunayted" hələ hazırkı əsas qapıçı Andre Onananın əvəzlənməsi ilə bağlı yekun qərar verməyib. Klub rəhbərliyi bu istiqamətdə seçimlərini nəzərdən keçirməkdə davam edir.
Emiliano Martinez 2020-ci ilin payızında "Arsenal"dan köçən Aston Villa ilə müqavilə imzalayıb. Ötən mövsüm o, bütün yarışlarda 53 oyun keçirib, 16-da qapısını toxunulmaz saxlayıb. Ümumilikdə, bu müddət ərzində argentinalı 61 qol buraxıb. Transfermarkt-ın məlumatına görə, futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir və onun bazar dəyəri 20 milyon avrodur.