- Transfer
- 19:12 13.12.2025
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Milan”ın ulduz futbolçusu Rafael Leaoya transfer təklifi hazırlayır.
90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə təmsilçisi portuqaliyalı vingerin mümkün transferi ilə bağlı artıq ilkin danışıqlara başlayıb.
“Əl-Hilal” Leaonun transferi üçün tələb olunan 100 milyon avronu ödəməyə hazırdır. “Milan” klubunun futbolçunu satmaq niyyətində olmadığı vurğulansa da, cazibədar təklif olacağı halda danışıqlara açıq ola biləcəyi qeyd olunur. Bununla belə, Rafael Leaonun əsas prioriteti hələlik Avropada karyerasını davam etdirməkdir.
Portuqaliyalı futbolçu geridə qalan mövsümdə “Milan” forması ilə bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda onun “rossoneri” ilə olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalına əsasən, 25 yaşlı vingerin bazar dəyəri 70 milyon avro civarındadır.