- Transfer
- 00:41 14.07.2025
“İnter” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, “neradzurri” “Parma”nın gənc hücumçusu Anj-Yoan Bonni ilə bağlı danışıqlar davam edir.
Milan klubu 21 yaşlı futbolçu üçün 22 milyon avro əsas məbləğ və əlavə olaraq 3 milyon avro bonus olmaqla ümumilikdə 25 milyon avroluq təklif irəli sürüb. Lakin “Parma” bu təklifə müsbət yanaşmır və futbolçunun transferindən 25 milyon avronun tam şəkildə, bonuslar olmadan ödənilməsini tələb edir.
Qeyd edək ki, Anj-Yoan Bonni geridə qalan 2023/24 mövsümündə A Seriyasında 37 oyunda iştirak edib. Gənc hücumçu həmin matçlarda 6 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.