- Transfer
- 00:41 14.07.2025
Almaniyalı futbolçu Florian Virtsin yaxın vaxtlarda "Liverpul"a keçidi reallaşacağı təqdirdə, “Bayer” onun yerinə futbolçu axtarmağa başlayıb.
90deqiqe.Az-ın "Voetbal International"a istinadən yaydığı məlumata görə, Leverkuzen təmsilçisinin diqqətində olan əsas namizədlərdən biri “Feyenoord”un yarımmüdafiəçisi İqor Payşaodur.
“Bayer” 24 yaşlı futbolçunu Virtsin mümkün gedişindən sonra əsas əvəzedici variant kimi nəzərdən keçirir. Hələlik rəsmi təklif göndərilməsə də, “Feyenoord” klubu almanların marağından xəbərdardır və braziliyalının mümkün satışından rekord məbləğ qazanmağı planlaşdırır.
2023/24 mövsümündə Payşao bütün turnirlərdə 47 oyunda iştirak edib, 18 qol və 19 məhsuldar ötürmə ilə seçilərək komandasının aparıcı simalarından biri olub. Onun Rotterdam klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.