31 mart 2026. Çərşənbə axşamı

“Liverpul”un müdafiəçisi Bundesliqaya keçir?


  • Transfer
  • 19:53 19.06.2025
  • Oxunma sayı: 120
“Liverpul”un müdafiəçisi Bundesliqaya keçir?

“Liverpul”un müdafiəçisi Caredl Kuansa karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu Leverkuzen “Bayer”inə keçidlə bağlı ilkin razılıq verib.

Alman klubu Kuansanı “Bavariya”ya transfer olunan Yonatan Taha əvəzləyici kimi görür və artıq “Liverpul” və futbolçunun agenti ilə danışıqlara start verib.

Gənc müdafiəçi 2024/25 mövsümündə "qırmızılar"ın heyətində 25 oyuna çıxsa da, statistik baxımdan məhsuldar göstəriciləri ilə yadda qalmayıb.

Kuansanın “Liverpul”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro