- Transfer
- 02:29 09.07.2025
“Brentford”un hücumçusu Brayan Mbeumo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "The Times"ə istinadən yaydığı məlumata görə, "qırmızı şeytanlar" kamerunlunun transferi üçün 60 milyon funt sterlinqdən çox təklif irəli sürüb.
Lakin “arılar” bu məbləği kifayət qədər hesab etməyib.
“Brentford” 25 yaşlı vinger üçün ən azı 70 milyon funt tələb edir. Klub, əsas oyunçusunun transferi ilə bağlı tələskən qərar vermək niyyətində deyil.
Mbeumoya yalnız “Mançester Yunayted” deyil, həm də “Tottenhem”, “Nyukasl”, “Aston Villa” və İngiltərədən kənar bir neçə klub maraq göstərir. Marağın artmasına səbəb isə futbolçunun yüksək performansıdır.
Qeyd edək ki, Brayan Mbeumo geridə qalan Premyer Liqa mövsümündə 38 oyuna çıxaraq 20 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb və “Brentford”un ən məhsuldar oyunçusu olub.