- Transfer
- 00:41 14.07.2025
İspaniyalı hücumçu Pablo Sarabiya karyerasını Qətərdə davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı futbolçunun “Al-Arabi” klubu ilə iki illik müqavilə imzalayıb. Təcrübəli oyunçu yeni komandasına azad agent statusunda qoşulub.
2024/25 mövsümündə Sarabiya İngiltərənin “Vulverhempton” klubunun formasını geyinmiş və bütün turnirlər üzrə 28 oyunda iştirak etmişdi. O, bu matçlarda üç qol vurmuş və iki məhsuldar ötürmə ilə yadda qalmışdı.
Karyerası ərzində Sarabiya “Real Madrid” akademiyasından yetişmiş, daha sonra “Xetafe”, “Sevilya”, “PSJ”, “Sportinq” və “Vulverhempton” kimi klublarda çıxış etmişdir. İspaniya millisinin heyətində 20-dən çox oyun keçirən futbolçu Avro-2020 turnirində də iştirak edib.
“Al-Arabi”nin Sarabiya transferi ilə hücum xəttini təcrübəli futbolçu ilə gücləndirməsi gözlənilir.