14 iyul 2025. Bazar ertəsi

“Yuventus” 17 yaşlı hücumçu transfer edir


  • Transfer
  • 23:11 19.06.2025
  • Oxunma sayı: 42
“Yuventus” 17 yaşlı hücumçu transfer edir

İngiltərənin “Tottenhem” komandasının gənc hücumçusu Mayki Mur karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, 17 yaşlı futbolçu ilə Turin təmsilçisi maraqlanır. 

“Qoca sinyora”17 yaşlı forvardı perspektivli transfer variantı kimi nəzərdən keçirir və artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Mur artıq əsas komandada debüt edib. 2024/25 mövsümündə “Tottenhem”in heyətində 22 rəsmi oyuna çıxan hücumçu 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda Mur İngiltərənin U-19 millisində çıxış edir və gənclər arasında keçirilən Avropa çempionatında iştirak edir. “Transfermarkt” portalı gənc oyunçunu 18 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, “Yuventus” geridə qalan mövsümü A Seriyasında 4-cü pillədə başa vurub və 2025/26 mövsümündə Çempionlar Liqasında mübarizə aparacaq.







Transfer

Moyze Kin Ərəblərə "yox" dedi
  • Transfer
  • 00:23 14.07.2025
Moyze Kin Ərəblərə "yox" dedi
"Traktor"dan növbəti transfer
  • Transfer
  • 20:37 13.07.2025
"Traktor"dan növbəti transfer