- Transfer
- 18:38 24.11.2024
Barselona PSJ-nin hücumçusu Neymarı heyətinə qatmaqda israrlıdır.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, kataloniya nümayəndələrini son görüş üçün Parisə göndərib.
İdman direktoru Erik Abidalın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün qarşı tərəflə görüşəcək. Kataloniya təmsilçisi 100 milyon avro pul və 1-2 futbolçusunu PSJ-yə təklif edəcək. Həmin oyunçular arasında intizamsızlığından əl çəkməyən Usman Dembele və Semedo da var.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçib.