14 dekabr 2025. Bazar günü

Onana "Mançester Yunayted"i "Monako"ya dəyişə bilər


  • Transfer
  • 20:51 20.06.2025
  • Oxunma sayı: 107
Onana  "Mançester Yunayted"i "Monako"ya dəyişə bilər

"Monako" "Mançester Yunayted"in qapıçısı Andre Onana ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, "moneqasklılar" kamerunlu futbolçu ilə bağlı artıq “qırmızı şeytanlar”la əlaqə saxlayıb.

Onana satılsa, "mankunianlılar" "Atalanta"nın 24 yaşlı qapıçısı Marko Karnesekkini almaq üçün danışıqlara başlayacaq. "Mançester Yunayted" italyan oyunçunun agenti ilə danışsa da, hələlik Berqamo klubu ilə əlaqə saxlamayıb. "Atalanta"nın Karnesekkini buraxmaq istəmədiyi və yalnız tutarlı təklif olduğu halda bunu edəcəyi vurğulanır.

Ötən mövsüm Karnesekki bütün yarışlarda 44 matçda iştirak edib, 18-də qapını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı