- Transfer
- 19:12 13.12.2025
"Liverpul" "Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Qehini transfer etmək niyyətindədir.
90deqiqe.Az-ın "The Telegraph"a istinadən yaydığı məlumata görə, Mersisayd klubu bu keçidi reallaşdırmaq üçün əvvəlcə gənc müdafiəçi Carel Kuansanı "Bayer"ə satmağı planlaşdırır.
Məlumata əsasən, Leverkuzen təmsilçisi 21 yaşlı Kuansa üçün "Liverpul"a 30 milyon funt-sterlinq ödəyəcək. "Qırmızılar" bu məbləğ hesabına transfer büdcəsini gücləndirərək Gehi üçün rəsmi təklif göndərmək niyyətindədir.
Qeyd edək ki, 24 yaşlı Mark Qehi ilə bağlı "Kristal Pelas" konkret qiymət açıqlamasa da, klub bu ilin yanvarında "Tottenhem"in 55+15 milyon funt-sterlinq dəyərindəki təklifini rədd etmişdi.