14 dekabr 2025. Bazar günü

Vlahoviç “Fənərbağça”ya getməkdən imtina edib


  • Transfer
  • 21:45 20.06.2025
  • Oxunma sayı: 84
Vlahoviç “Fənərbağça”ya getməkdən imtina edib

İtaliyanın “Yuventus” klubunda çıxış edən Duşan Vlahoviçin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, Turin təmsilçisi serbiyalı hücumçunu yay transfer pəncərəsində satmağa hazırdır.

 Vlahoviçə maraq göstərən klublar arasında Türkiyənin “Fənərbağça”sı da olub. İstanbul təmsilçisi baş məşqçisi Joze Mourinyonun istəyi ilə hücumçuya rəsmi təklif göndərsə də, serbiyalı oyunçu bu variantı rədd edib.

 Klub rəhbərliyi futbolçunun sözləşməni uzatmaq istəməməsini nəzərə alaraq, onun transferindən gəlir əldə etməyi planlaşdırır.25 yaşlı forvardın “Yuventus”la mövcud müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Qeyd olunur ki, Vlahoviç hazırkı mərhələdə “Yuventus”da qalmaq və müqaviləsinin sonuna qədər komandaya xidmət etmək niyyətindədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı