9 iyul 2025. Çərşənbə

"Vulverhempton" Fer Lopezi transfer etdi


  • Transfer
  • 22:11 20.06.2025
  • Oxunma sayı: 37
"Vulverhempton" Fer Lopezi transfer etdi

 İspaniyanın "Selta" komandasında çıxış edən gənc yarımmüdafiəçi Fer Lopezin  "Vulverhempton" klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Transfermarkt" portalının məlumatına əsasən, bu keçid Premyer Liqa təmsilçisinə 23 milyon avroya başa gəlib.

Transferlə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayan Lopez Premyer Liqada çıxış etməyin onun üçün böyük fürsət olduğunu bildirib:
"Bu, karyeram üçün inanılmaz fürsətdir və çox xoşbəxtəm. Baş məşqçimiz Vitor Pereyra mənim komandaya uyğunlaşacağıma inandığını dedi. Belə bir klub təklif göndərəndə düşünməyə ehtiyac yoxdur. Vitor gələndən sonra komanda əla oynamağa başladı və onun rəhbərliyi altında olmaq mənim üçün böyük qürurdur", – deyə ispaniyalı yarımmüdafiəçi qeyd edib.

Gənc oyunçu "Selta" ilə geridə qalan mövsümdə La Liqada yeddinci yeri tutmağı və "Real", "Barselona", "Atletiko" kimi komandalarla qarşılaşmanı "xəyalını yaşamaq" kimi dəyərləndirib:
"İki dəfə “Santyaqo Bernabeu”da, həmçinin “Barselona” və “Atletiko”ya qarşı oynamaq xüsusi idi. İspaniyada möhtəşəm atmosfer vardı, indi bu təcrübəni İngiltərədə yaşamaq istəyirəm", – deyə Lopez vurğulayıb.







Transfer

"Nyukasl"dan 64 milyonluq transfer
  • Transfer
  • 14:19 08.07.2025
"Nyukasl"dan 64 milyonluq transfer